Peşəkar Həllər

Xidmət Sahələrimiz

Bina və obyektlərinizin dəyərini qoruyan, istismar ömrünü uzadan və yaşayanlar üçün komfortu təmin edən tam spektrli facility management xidmətləri.

Texniki İstismar və Mühəndislik

Binaların bütün həyat təminatı sistemlərinin fasiləsiz və qəzasız işləməsini təmin edirik. Mühəndis heyətimiz avadanlıqların profilaktik baxımını həyata keçirərək, potensial qəzaların qarşısını alır və enerji səmərəliliyini artırır.

  • HVAC (İstilik, Ventilyasiya, Soyutma)
  • Elektrik və enerji paylama şəbəkələri
  • Su təchizatı, kanalizasiya və drenaj
  • Lift və generator sistemləri
Daha Ətraflı
Texniki Xidmət
24/7 Operativ Reaksiya

Peşəkar Təmizlik və Gigiyena

Beynəlxalq standartlara uyğun təmizlik protokolları ilə obyektin gigiyenik təhlükəsizliyini təmin edirik. Peşəkar avadanlıqlar və sertifikatlı kimyəvi vasitələrdən istifadə edərək səthlərin ömrünü uzadiriq.

  • Gündəlik cari və dəstəkləyici təmizlik
  • Fasadların (alpinistlərlə) yuyulması
  • Sərt döşəmələrin kristalizasiyası
  • Dezinfeksiya və deratizasiya
Daha Ətraflı
Təmizlik Xidmətləri

Təhlükəsizlik və Nəzarət

Obyektin, sakinlərin və ziyarətçilərin təhlükəsizliyini 24/7 rejimində qoruyuruq. Fiziki mühafizəni müasir elektron sistemlərlə (CCTV, Access Control) birləşdirərək tam nəzarət təmin edirik.

  • Fiziki mühafizə postlarının təşkili
  • Videomüşahidə (CCTV) mərkəzi
  • Giriş-çıxışa nəzarət (Access Control)
  • Yanğın təhlükəsizliyi
Daha Ətraflı

Yaşıllaşdırma və Landşaft

Obyektin ərazisindəki yaşıl zonaların sağlam və estetik görünüşünü qoruyuruq. Aqronom nəzarəti altında mövsümi qulluq işlərini həyata keçiririk.

  • Qazon və bitkilərə gündəlik qulluq
  • Ağacların budanması və formalaşdırılması
  • Zərərvericilərə qarşı dərmanlama
Daha Ətraflı

İnzibati və Maliyyə İdarəetməsi

Obyektin (MTK, Biznes Mərkəzi) inzibati idarəçiliyini, sakinlərlə münasibətləri və maliyyə şəffaflığını təmin edirik. Hüquqi riskləri sığortalayır və hesabatlılıq sistemini qururuq.

  • Kommunal xidmət yığımlarının təşkili
  • Maliyyə hesabatlılığı
  • Sakinlərlə münasibətlər
  • Hüquqi dəstək
Daha Ətraflı
İdarəetmə

Avtodayanacaq Xidmətləri

Yaşayış kompleksləri və ticarət mərkəzləri üçün tam avtomatlaşdırılmış keçid və idarəetmə sistemləri.

  • Ağıllı keçid sistemləri
Daha Ətraflı

Digər Xidmətlərimiz

  • Layihələrin idarə olunması
  • Təchizat xidmətləri
Daha Ətraflı

Niyə Peşəkar İdarəetmə Vacibdir?

Peşəkar idarəetmə sadəcə xidmət göstərmək deyil, daşınmaz əmlakın bazar dəyərinin qorunmasıdır. Sistemli texniki baxışların keçirilməməsi avadanlıqların vaxtından tez sıradan çıxmasına, təhlükəsizlik boşluqları isə ciddi hüquqi və maliyyə məsuliyyətinə səbəb ola bilər. SABAH FMS olaraq biz bu riskləri minimuma endirir, obyektin istismar ömrünü uzadır və mülkiyyətçilər üçün rahat, problemsiz mühit yaradırıq.

Obyektiniz üçün Pulsuz Konsultasiya Alın

Müraciət Göndərin Əlaqə Saxlayın
Təklif Alın