Xidmət haqqı Nədir? Bina və Yaşayış Komplekslərində Xərclər Necə Bölünür?

Maliyyə Şəffaflığı

Bina idarəçiliyində ən vacib amillərdən biri toplanan vəsaitlərin hara xərcləndiyinin şəffaf şəkildə göstərilməsidir. Sakinlər ödədikləri xidmət haqqının hansı işlərə sərf olunduğunu bilmək hüququna malikdir.

Xidmət haqqı nələri əhatə edir?

Yaşayış komplekslərində toplanan yığım haqları adətən aşağıdakı xərcləri qarşılayır:

  • Texniki personalın (menecer, recepşn, nəzarətçi, təmizlikçi və s.) əmək haqqı.
  • Liftlərin aylıq texniki xidməti.
  • Çiller və fankoyl sistemlərinə xidmət.
  • Erkən siqnalizasiya və yanğın təhlükəsizlik sistemlərinə xidmət.
  • Ümumi ərazilərin təmizliyi və işıqlandırılması.
  • Məişət tullantılarının daşınması.
  • Abadlıq və yaşıllaşdırma işləri və sair

SABAH FMS olaraq biz, hər rübün sonunda gəlir və xərclər haqqında ətraflı hesabatı qapalı qruplarda və ya tətbiq üzərindən sakinlərə sms bildiriş formasında təqdim edirik.

Vahid mərkəzdən idarəetmə, xərclərə qənaət və optimallaşma, şəffalığın təmin edilməsi maliyyə ehtiyatlarının artmasına gətirib çıxarır ki, bu da öz növbəsində gələcək risklərdən sığortlanmaq üçün ehtiyat fondun formlaşamasına dəstək olur.

SABAH FMS
Sabah Facility Management
Sosial media hesablarımızdan bizi izləməyi unutmayın!